Arnold Şvartseneggerin keçmiş arvadı Mariya Şrayver boşandıqdan sonra aktyorun sərvətinin yarısını, o cümlədən pensiya yığımlarını alıb.
Yenisabah.az "US Magazine"yə istinadla xəbər verir ki, Arninin 66 yaşlı keçmiş arvadı məhkəmə qərarı ilə 74 yaşlı Şvartseneggerin birlikdə yaşadıqları müddətdə qazandığı pulun yarısını almaq hüququna malikdir.
Keçmiş Kaliforniya qubernatoru və Maria Şrayver 2021-ci ildə, ayrıldıqdan 10 il sonra rəsmi olaraq boşanıblar. Dördpendirli pizza
Onların boşanması dəyəri 400 milyon dollar olan birgə əldə edilmiş əmlakın bölünməsindəki çətinliklər, həmçinin, hər iki tərəfin motivasiyasının yoxluğundan gecikib.
Telegram kanalımız