Tacir meyxanaçı Vüqara: Niyə danışırsan, düşün də! 

saytların hazırlanması

Evə çatdırılma

Tacir meyxanaçı Vüqara: Niyə danışırsan, düşün də! 

Şou

26 Dekabr 2025 16:56 1155


"Meyxanaçıların sənəti bədahətəndir, əvvəlcədən əzbərlənmir. Vüqar 30 illik dostumdur, amma efirdə ağzına gələni danışır. Niyə danışırsan? Düşün də! Məni verilişlərin birində "baltalayıb". Mən oxuyanam. Savadlı şairlərin şeirlərinə müraciət edirəm. Mən şair deyiləm".

"Yeni Sabah" pravda-ya istinadla xəbər verir ki, bunu Tacir Şahmalıoğlu "Rəngarəng" verilişində deyib.

Müğənni meyxanaçı Vüqar Əbdülovu onun haqqında səsləndirdiyi fikirlərə görə tənqid edib: Toyuqlu pizza

"50 illik yaradıcılığımda oxuduğum mahnıların 80 faizi öz bəstələrimdir, 60 faizi isə öz sözlərimdir. Amma mən özümü şair adlandırmıram. Bununla belə, mahnılarıma düzəliş edirəm. Bunlardan xəbərin olmaya-olmaya çıxıb efirdə deyirsən ki, onun-bunun şeirini oxuyursan. Nə var ki, bunda? Bunları öz aramızda de, çıxıb 10 milyon insanın qarşısında səsləndirmə".

Qeyd edək ki, mübahisənin yaranmasına səbəb Vüqarın “Tarixin bir günü” verilişində T.Şahmalıoğlu haqqında "Sən ancaq kiminsə sözlərini oxumusan. Əminə Şirin isə özü yazır" deməsi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!