Müğənni Səyyad Əlizadə fəxri ad almaq üçün prezidentə müraciət edən həmkarı Tacir Şahmalıoğlundan danışıb.
Yenisabah.az xəbər verir ki. Moderator.az-ın suallarını cavablayan sənətçi bu addımı düzgün hesab etmədiyini deyib:
“Biz torpaqlarımızı 30 ildən sonra haqq-ədalət qalib gəldiyi üçün işğaldan azad etdik. Düşünürəm ki, Tacir ustad sənətkardı, fəxri ad onun haqqıdır. Amma o cür müraciəti qəbul etmirəm. Hər halda sən sənətkarsan, bu hər kəsə bəllidir. İnşallah düşünürəm ki, Tacir haqqı olan fəxri ada layiq görüləcək. Dominos pizza
Dediyim odur ki, bunun üçün qapılar döymək var, amma mən bunu etməmişəm. Həmişə vətənimlə, xalqımla bir olmuşam. Hamımız Ali Baş Komandanımızın ətrafındayıq. Amma bütün bunlar yuxarı təqdimat verənlərin səhvidir. Elə adamları təqdim edirlər ki, onların heç bir xidməti yoxdur. Tacir kimi sənətkarların yanında onların xidməti cüzidir. Ümid edirəm ki, haqq-ədalət öz yerin tapacaq”.
Qeyd edək ki, bir müddət əvvəl Tacir şahmalıoğlu Xalq artisti adı almaq üçün Prezidentə videomüraciət etmişdi.
Telegram kanalımız