Əməkdar artist Tahir İmanov çimərliklərdə istirahət etdikləri vaxt qida tullantıları və bir neçə xoşagəlməz hərəkətlər edən vətəndaşlarımız haqqında ironik video paylaşıb.
Yenisabah.az xəbər verir ki, aktyor videoda dəniz kənarını müxtəlif qida tullantıları, insanların istirahətinə mane olacaq dərəcədə maşın saxlamaya, manqal çəkilməsinə etirazını özünəməxsus tərzdə bildirib.
O "Salam, əziz dostlar, viktorinaya başlayırıq, sual belədir: "Bizimkiləri çimərlikdə necə tanımaq olar?", deyərək müxtəlif variantlar təklif edib. Dördpendirli pizza
Tahir İmanov "Və nəhayət, "D" variantı - Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təklif edirəm ki, böyük bir tədbir keçirdib, buranı təmizləyək. Tahir İmanov, Ləhiş bağları, Nardaran çimərliyi" deyib və videonu bitirib.
İmamət İSMAYILOVA
Telegram kanalımız