Tahir Kərimli: “Onun ölüm hökmünü özüm çıxaracağam”

saytların hazırlanması

Evə çatdırılma

Tahir Kərimli: “Onun ölüm hökmünü özüm çıxaracağam”

Sosial

23 Fevral 2024 14:57 844


Hakimlik bəlkə də yeganə vəzifədir ki, qanunların aliliyi ilə bağlı qərarların qəbulu həm də onun vicdan və ədalətinə buraxılır.

Yenisabah.az Unikal-a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Deputat özünün işlədiyi dövrlərdən danışıb: Toyuqlu pizza

"Biz işləyən zaman qərar qəbul etmişdik ki, heç bir hakim məruzə etməyəcək. Qanuna uyğun, ədalət və vicdanla məsələni həll etməlidir. Hətta o vaxt ölüm hökmü var idi. Demişəm ki, kim qanunu pozub rüşvət alacaqsa, and içirəm Qurana, ölüm hökmünü onun haqqında özüm çıxaracam".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!