“Ramiz Mehdiyevlə ömrümdə bircə dəfə rastlaşmışam".
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, sabiq deputat Tahir Kərimli deyib.
O əlavə edib: "Heydər Əliyev Sarayında gözləyirdik. Nazirlər, digər vəzifəli şəxslər “farağat” komandasında durmuşdular. Çünki Mehdiyev Baş nazirlə irəliləyirdi. Kimsə cürət edib gedib görüşə bilirdi, ya görüşmürdü. Mən də əziz deputat qardaşım Fərəc Quliyevlə bir yerdə dayanmışdım. Ramiz Mehdiyev gəlib bizimlə görüşdü, dedi ki, müsahibəni oxumuşam. Fərəc bəy dedi ki, görürsən, sənə əməlli-başlı qiymət verir. Halbuki o zaman çoxları ölərdi ki, gedib Ramiz Mehdiyevə salam versin. pizza
Bundan başqa ömrümdə bir dəfə də olsun, bu insanla ünsiyyətim olmayıb. Ciddi rəqib olanda isə təbii ki, Ramiz Mehdiyev qarışıq hamını tənqid etmişəm”.
Telegram kanalımız