1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşının 8 ildən az olmasına dair tələb Nazirlər Kabinetinin “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”inə dair 27 mart 2024-cü il tarixli qərarında əksini tapıb. Yeni qərara əsasən, taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Bəs görəsən “avro-5” standartları dedikdə hansı növ maşınlar nəzərdə tutulur?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, standartlar mühərrik və yanacağın keyfiyyətinə görə müəyyən edilir.
“Standartlar yanacağın keyfiyyəti və oktan ədədinin müvafiqliyi baxımından nəzərdə tutulur. “Avro-5”standartları dedikdə yanacağın keyfiyyəti və atmosferə buraxılan çirki və zərərli qazların zərərinin minimal səviyyədə olması başa düşülür. Bu texnologiya hər il yenilənməyə davam edir. Əvvəllər “avro-4” standartları var idi, sonralar Avropa yanacaq mühərriklərini yeni texnoloji imkanları cəlb edərək, “avro-5” standartlarını yaratdı. Gələcəkdə də bu standartlar daha da artacaq. “Avro-5” standartlarına mühərrikin imkanları, nəqliyyat vasitəsinin yanacağı yandırma qabiliyyəti və texnoloji tətbiqlərin üstünlükləri nəzərə alınır. Məsələn, Fransanın özündə hal-hazırda dizel yanacağı ilə işləyən nəqliyyat vasitələri hələ də qalmaqdadır və hətta üstünlük təşkil edir. Amma orada həmin dizel yanacağının özü “avro-5” standartlarına cavab verir. Nəqliyyat vasitəsindən öncə yanacağın keyfiyyəti həmin standartlarda hazırlanır”. Sezar pizza
Ekspert son illər ölkəyə çox sayıda “avro-5” standartlarına aid avtomobilin ixdal olunduğunu qeyd edib.
“Əslində ölkəmizdə tətbiq olunan son qərar müsbət yöndədir, niyə də Azərbaycan “avro-5” standartlarına keçid etməsin? Məsələn, son vaxtlar Azəbaycana istehsal olunan nəqliyyat vasitələri yalnız oktan ədədinin 95-i olan benzindən istifadə olunur. Məncə yeni qərara keçid kimi hərəkət etmək lazımdır. Taksi sürüclərinə imkan yaratmaq lazımdır ki, onlar nəqliyyat vasitələrini yeniləyənə qədər bu prosesə özlərini hazırlasınlar. Elektromobil və hibrit maşınlara gəlincə isə, əlbəttə ki, bunlar birbaşa ən son dünya standartlarının tətbiqləridir. Yanacaqla işləyən mühərriklərdə təsirli və zərərli qazlar atmosferə ciddi dərəcədə ziyan vurur. Elektromobil və hibrit maşınlarda isə belə bir problem yoxdur. Ancaq bu növ maşınlar üçün yanacaqdoldurma məntəqələrinin artırılması vacibdir. Ölkəmizdə hazırda belə məntəqələrin sayı olduqca azdır”.
Nazim Hacıyev
Telegram kanalımız