Azərbaycan, Qazaxıstan, Türkiyə, Gürcüstan və Özbəkistan Orta Dəhlizdə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) infrastrukturun və sənədləşmənin rahatlığı üçün vahid strategiya üzərində işləyir.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bütün dövlətlər Orta Dəhlizin əhəmiyyətini başa düşür, xüsusilə Orta Asiya ölkələri anlayırlar ki, infrastruktur önəmlidir: "İnfrastrukturu olan ölkələr Orta Dəhlizdə aktiv olaraq işləyəcəklər. İnfrastrukturu olmayan ölkələr isə bu dəhlizdən yan keçəcəklər. Orta Asiya ölkələri, qonşularımız da bu infrastrukturun hazırlanması üçün ciddi işlər görür". Pepperoni pizza
T. Ziyadov xatırladıb ki, Azərbaycan artıq bu işləri ötən on il ərzində görüb, həm müasir limanı, həm də hava limanları, gəmiləri var: "Ancaq görəcəyimiz işlər var və bu istiqamətdə müvafiq tapşırıqlar verilib. Bundan sonrakı işlər qonşu dövlətlərlə infrastrukturun inteqrasiyasıdır. Elə bir şərait yaradılmalıdır ki, bir konteyner bir ölkədən digərinə elə keçməlidir ki, hiss edilməməlidir ki, bu konteyner başqa ölkədən keçir".
Telegram kanalımız