“Taliban” keçmiş məmurların sərvətini müsadirə etdi

saytların hazırlanması

Evə çatdırılma

“Taliban” keçmiş məmurların sərvətini müsadirə etdi

Dünya

17 Sentyabr 2021 11:27 722


“Taliban” nəzarətində olan Əfqanıstan Mərkəzi Bankı keçmiş hökumət rəsmilərinin evlərindən və yüksək rütbəli təhlükəsizlik işçilərinin ofislərindən 12 milyon dollardan çox pul və qızıl külçələrin müsadirə olunduğunu açıqlayıb.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, sərvətin böyük hissəsi eks-prezident Əşrəf Qəni və sabiq vitse-prezident Əmrullah Salehin evlərində tapılıb.

Saleh hələ bu mövzuda açıqlama verməyib. Dördpendirli pizza

O, Əhməd Məsudla birlikdə Pəncir əyalətində “Taliban”a müqavimət göstərir.

“Taliban” “Twitter”də Salehin evində 6 milyon dollardan çox nağd pul və 18 qızıl külçə tapıldığını açıqlayan video paylaşıb.

Xatırladaq ki, sentyabrın 12 -də Cenevrədə Əfqanıstana maliyyə yardımı mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları “Taliban” hökumətini tanımadan Əfqanıstana 1 milyard dollardan çox humanitar yardım çatdırmağı vəd ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!