Talıbovlara məxsus olmuş məşhur restoran məhkəməyə verildi

saytların hazırlanması

Evə çatdırılma

Talıbovlara məxsus olmuş məşhur restoran məhkəməyə verildi

Sosial

31 Oktyabr 2023 19:19 932


“Nəqşicahan Holdinq” LTD Şirkətlər Qrupuna daxil olan “Batabat” restoranı MMC və “Nəqşicahan Qrup Şirkətləri İttifaqı” MMC məhkəməyə verilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının (NMR) Kommersiya Məhkəməsinə müraciət olunub.

Sözügedən şirkətlərə maddi ziyanın ödənilməsi tələbi irəli sürülüb. Dördpendirli pizza

İş icraata götürülüb və noyabrın 6-da hakim Elşən Salmanovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, “Nəqşicahan Holdinq”in əvvəlki sahibi NMR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub. Bir müddət əvvəl holdinqin yerləşdiyi bina “Himal Holdinq”ə satılıb.

Bu ilin avqust ayında isə “Nəqşicahan Group Şirkətlər İttifaqı” “Saat Meydanı” MMC-yə qoşulması şəklində yenidən təşkil olunub və həmin şirkətin hüquqi varisidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!