“Bu həftə vaxtım oldu, efirlərə baxdım. Hansı islahatlar aparılıb, anlamadım. Elgizin, Xoşqədəm Baxşəliyevanın verilişini bağlamaq islahatdır? Əvvəla eyni tipli verilişlər qalıb və bu ayrıseçkilikdir, ədalətsizlikdir. İkincisi də, başqa uzaqlaşdırılan aparıcılarla bağlı birmənalı deyə bilmərəm, amma istər Elgizin, istərsə də Xoşqədəm Baxşəliyevanın aparıcılıq tərzilərini, işgüzarlıqlarını görməzdən gəlmək olmaz”.
“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış teleaparıcı İlhamiyyə Rza bildirib. O, efirlərdə gedən verilişləri qınayıb və bildirib ki, televiziyalarda hələ də düşük, süfrəarxası söhbətlər davam edir:

“Onları başqa layihələrdə niyə görməyək ki? Əcəb işdir, həmin o sosial verilişlərin gətrdiyi gəlirlərə, reytinqlərə şərik olan TV-lər qalıb öz yerlərində, işdən uzaqlaşdırılan, “ştrafnoya” düşənsə ancaq aparıcılardır. Axı narazılıq verilişin məzmunundan, orda baş verənlərdən idi. Buna isə tək aparıcılar qərar vermir ki, efirdə baş verənlərə ilk növbədə kanal rəhbərləri məsuliyyət daşıyır. Niyə problem şəxsiləşdirilir? Efirdə keyfiyyətsiz şou adamları yenə də var, düşük süfrəarxası söhbətlər yenə də davam edir. Nə dəyişib? P.s. Yeganə razı qaldığım məqam əxlaqsız və kriminal ailədaxili olayların müzakirəsinin qismən (tam yox) dayandırılmasıdır”.
Aydan Hacı
Telegram kanalımız