Tanınmış aparıcıya AzTV-də yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış aparıcıya AzTV-də yüksək vəzifə verildi

Şou

09 İyul 2019 14:22 1330


Tanınmış teleaparıcı, vaxtilə "Avroviziya” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş Hüsniyyə Məhərrəmova AzTV-də yeni vəzifəyə təyinat alıb.

“Yeni Sabah” xəbər verir ki, telejurnalist bundan sonra kanalın Beynəlxalq Əlaqələr və Protokol Departamentinə rəhbərlik edəcək.

H.Məhərrəmova xəbəri BakuPost.az-a təsdiqləyib.

Onun sözlərinə görə, yeni vəzifəsində əsas işi AzTV-nin beynəlxalq yayım institutlarında uğurla təmsilçiliyinə nail olmaqdır. H.Məhərrəmova deyib ki, yeni dövrdə beynəlxalq layihələrin satın alınması və AzTV-yə cəlb edilməsinə çalışacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!