“Yeni Çağ” saytının rəhbəri, jurnalist Aqil Ələsgərin keçmiş həyat yoldaşı Günay Fərəcova intihara cəhd edib.
“Yeni Sabah” xəbər verir ki, G.Fərəcova çoxlu sayda dərman həbi içib.
Dərhal Klinik Tibbi Mərkəzə çatdırılan G. Fərəcovanın vəziyyəti ağır qiymətləndirilir. pizza
Qeyd edək ki, bir neçə gün əvvəl Aqil Ələsgər ailəsinin şantaja məruz qalması barədə sosial mediada açıqlama yaymışdı.
O, açıqlamasında heç kimin adını çəkməsə də hüquq-mühafizə orqanlarına müraciət etdiyini, təhdidlərdən təngə gəldiyini və intihar edəcəyini demişdi.
Aqil Ələsgər Günay Fərəcovanın intihara cəhd etdiyini lent.az-a təsdiqləyib.
Klinik Tibbi Mərkəzdən hadisəyə münasibət öyrənmək mümkün olmayıb. (Lent.az)
Telegram kanalımız