18 Avqust - 06:11
Tanınmış jurnalist Araz Zeynalov vəfat etdi

Tanınmış jurnalist Araz Zeynalov vəfat etdi

Hadisə

03 Avqust 2022 23:00 688


Tanınmış jurnalist Araz Zeynalov vəfat edib.

Yenisabah.az xəbər verir ki, Vesti.az saytının baş redaktorunun müşaviri Araz Zeynalov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

A.Zeynalov rusdilli vesti.az saytının ilk baş redaktoru olub. O, uzun illər vesti.az saytına rəhbərlik edib. Xəstəlik iş imkanlarını məhdudlaşdırandan sonra isə bir müddət sayt baş redaktorunun müşaviri kimi çalışıb.

Araz Zeynalov uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. O, "Azərbaycan gəncləri", "Panorama", "Kaspiy" qəzetlərində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!