Tanınmış jurnalist feministlərə səsləndi:  “Küçələrdə “hürriyyət“ axtarıb, sonda zorlanmaqdansa...“

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış jurnalist feministlərə səsləndi: “Küçələrdə “hürriyyət“ axtarıb, sonda zorlanmaqdansa...“

Sosial

13 Oktyabr 2021 15:29 878


"Azərbaycan xalqının "namus", "qeyrət" kimi anlayışları boşuna yaranmayıb. Həm də ona görə yaranıb ki, məsələn, xalaoğlu hansısa qızı zorlamaq fikrinə düşəndə əvvəlcədən bilsin ki, onun namusunu çəkən bir ata (qardaş) var və bu əməlinə görə tutub adama paz soxar".

Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Vüsal Məmmədov deyib.

O qeyd edib ki, feminizmin yayılması ilə Azərbaycan cəmiyyətində "qadın namusu" kimi anlayışdan imtina edən bir gənclik yetişməyə başladı: "Bizə dedilər və deyirlər ki, heç bir kişi ailə üzvü olan qızların-qadınların namusuna görə cavabdeh deyil. Beləcə, qızları-qadınları əsrlərlə qoruyan çox vacib bir klassik, milli mexanizmin demontajı başladı. Halbuki, ənənəvi patriarxal Azərbaycan cəmiyyətində hansısa binamus kiminsə qızını zorlamazdan qabaq min dəfə düşünüb, özünü gözləyən gələcəyi təsəvvürünə gətirərək, vaz keçərdi. Küçələrdə "hürriyyət" axtarıb, sonda zorlanmaqdansa, qoy, qızlarımızın namusuna elə ataları və qardaşları cavabdeh olsun. Yaşasın patriarxal Azərbaycan cəmiyyəti"! pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!