Türkiyənin tanınmış müğənnisi Atilla Taşın qızı Sezen Taş Mersində yerləşən yaşayış kompleksindəki binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib.
"Yeni Sabah" "Haber Global" telekanalına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Erdemli rayonunun Çeşmeli məhəlləsində yerləşən istirahət kompleksində baş verib.
Daxil olan çağırış üzrə əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlərin keçirdiyi baxış zamanı Sezen Taşın hadisə yerində dünyasını dəyişdiyi müəyyən edilib. Sezar pizza
Məsələ ilə bağlı istintaq-araşdırma tədbirlərinə başlanılıb./Oxu.az
Telegram kanalımız