Tanışlığımız, dostluğumuz, dalaşmağımız... - Həmkarlarından son söz

saytların hazırlanması

Evə çatdırılma

Tanışlığımız, dostluğumuz, dalaşmağımız... - Həmkarlarından son söz

Sosial

20 İyul 2023 23:37 1408


“Həmişə səni sevəcəm. Yaddaşımda ən gözəl günlərimizi saxlayacam. Tanışlığımız, dostluğumuz, dalaşmağımız, yola çıxmağımız, ev qurmağımız, ana olmağımız, qardaşın Xəqaninin toyundakı rəqsimiz…"

Yenisabah.az xəbər verir ki, bu sözləri Natəvan Babayevanın vəfat etməsi ilə bağlı paylaşımənda həmkarı Qənirə Ataşova deyib.

"Fərqli idik. Sən sakit, mən  alovlu. Amma bir-birimizdə tarazlıq yaradırdıq. Bu dünyanın gözəl tərəfi ölümün olmasıdır, əziz Natam. Pis tərəfi odur ki, sən tez getdin. 14 yaşında uşağın sevgisiz qaldı. Əgər o dünya varsa görüşəcəyik”, - deyə o əlavə edib. pizza mizza

"Dəyərli bacımız, istedadlı telejurnalist Natəvan Babayeva vəfat edib. Bu, çox gözlənilməz acı xəbərdən sarsıldım".

Bu sözləri isə N. Babayevanın digər keçmiş həmkarı, Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.

"Natəvan xanımla uzun illərdi əməkdaşlıq, dostluq edirdik; onun necə vətəncanlı və işində nə qədər peşəkar olduğuna yaxından şahid idim. Yeri cənnət olsun! Tanrı bütün doğmalarına səbr versin" - deyə Q.Paşayeva qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!