Ermənistanın Tavuş vilayətinin “Çatah” kimi tanınan ərazisində avtomobil qəzası baş verib.
Yenisabah.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saat 3 radələrində qeydə alınıb. UAZ avtomobili yoldan çıxaraq dərəyə düşüb. Xilasedicilər gəlməmişdən əvvəl 1979-cu il təvəllüdlü sürücü Byrd tibb mərkəzinə aparılıb. Ərazidə axtarış aparan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları isə 1985-ci il təvəllüdlü sərnişin cəsədi tapıb.
Telegram kanalımız