Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı

Hadisə

20 Aprel 2026 10:45 926


Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndindən olan 24 yaşlı Aysun Quliyeva Tbilisidə faciəvi şəkildə vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, gənc qızın meyiti Tbilisidə yaşadığı mənzildə asılmış vəziyyətdə aşkar edilib. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Məlumata əsasən, hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və əraziyə baxış keçirilib. Faktla bağlı araşdırmaya başlanılıb, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Mərhumun cəsədi müvafiq ekspertiza üçün tibbi müayinəyə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!