TƏBİB-dən qızılca ilə bağlı çağırış: Evdə müalicə etməyin!

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB-dən qızılca ilə bağlı çağırış: Evdə müalicə etməyin!

Sosial

08 Dekabr 2023 11:58 382


Hazırda qızılca ilə bağlı vəziyyət stabildir. 

Yenisabah.az xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov deyib. 

TƏBİB-dən qızılca ilə bağlı çağırış: Evdə müalicə etməyin!

O qeyd edib ki, qızılcaya yoluxma halları ilə bağlı tibb müəssisələrinə vətəndaş müraciətləri var:  pizza mizza

"Vətəndaşların müraciətlərinə əsasən infeksion və yoluxucu şöbələrimiz tam hazır vəziyyətdədir. Həm ambulator, həm də stasionar müraciətlər edilir. Xəstələrin vəziyyəti dəyərləndirilir və ehtiyac olduğu halda stasionar müalicə üçün yerləşdirilir. Digərləri isə ambulator olaraq evdə həkim nəzarəti altında saxlanılır". 

TƏBİB sədri vurğulayıb ki, qızılcaya yoluxan xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə edilmələri düzgün hesab edilmir. Onun sözlərinə görə, xəstəyə ixtisaslı həkimlərin baxmağına ehtiyac var: 

“Bu xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə etmələri düzgün hesab edilmir. Tibb müəssisələrimiz də buna hazırdır. İstənilən sayda ambulator şəraitdə xəstə də qəbul edə bilirik”. 

TƏBİB sədri həmçinin qızılca ilə bağlı valideynlərə çağırış edib: “Valideynlər və vətəndaşlar övladlarında qızılca ilə bağlı hansısa simptomun olduğu görəndə tibb müəssisələrimizə müraciət etsinlər”. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!