TƏBİB-dən valideynlərə VACİB XƏBƏRDARLIQ:   Uşaqlar bu yaşlarda...

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB-dən valideynlərə VACİB XƏBƏRDARLIQ: Uşaqlar bu yaşlarda...

Sağlamlıq

18 Avqust 2026 11:04 41


TƏBİB uşaqlar üçün peyvəndlərin yaş üzrə tətbiq olunan təqvimini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, qurumun paylaşdığı məlumata əsasən, doğuşdan sonra ilk 12 saat ərzində Hepatit B-yə qarşı (HepB) peyvənd, həmçinin vərəmə qarşı BCG vaksini tətbiq olunur

Peyvənd təqvimi belədir: pizza

2 aylıqda:

Heksavaksin – difteriya, göyöskürək, tetanus, hepatit B, B tipli hemofilik infeksiya və poliomielitə qarşı;

Pnevmokok infeksiyalarına qarşı (PK).

3 aylıqda

Heksavaksin.

4 aylıqda:

Heksavaksin;

Pnevmokok infeksiyalarına qarşı (PK).

6 aylıqda:

bOPV – poliomielitə qarşı;

Pnevmokok infeksiyalarına qarşı (PK).

12 aylıqda:

QPM – qızılca, epidemik parotit və məxmərəkə qarşı.

18 aylıqda:

bOPV – poliomielitə qarşı;

GDT – göyöskürək, difteriya və tetanusa qarşı.

6 yaşında:

QPM – qızılca, epidemik parotit və məxmərəkə qarşı;

DT – difteriya və tetanusa qarşı.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!