TƏBİB: Uşaqlarda autizm, serebral iflic, daun, hiperaktivlik halları artıb

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB: Uşaqlarda autizm, serebral iflic, daun, hiperaktivlik halları artıb

Sosial

11 Mart 2023 10:28 654


“Çox təəssüf ki, son zamanlarda autizm, uşaq serebral iflici, daun sindromu, həmçinin kiçik yaşda çox da ciddiyə alınmayan hiperaktivlik və diqqət əskikliyi halları artır".

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov "Fərqli fərdlər" konqresində deyib.

O bildirib ki, uşaqların cəmiyyətə adaptasiyasında rastlaşılan ən böyük çətinlik bullinqdir: pizza mizza

"Bullinqə məruz qalan uşaqlar emosional baxımdan özünə qapanan olurlar. Qeyd etdiyimiz həssas qrupun bullinqə məruz qalma riski isə yüksəkdir. Ona görə də valideynlər övladlarını sosial mühitə daha tez adaptasiya etməlidirlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!