Təbiətə 17 400 manat ziyan vuran şəxs cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Təbiətə 17 400 manat ziyan vuran şəxs cəzalandırıldı

Sosial

16 Dekabr 2021 10:29 483


Qax rayonunun Almalı bələdiyyəsinə məxsus ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Yenisabah.az-a bildirib ki, araşdırma zamanı ağacların Qax rayon sakini Abdulla Şahmurov tərəfindən kəsildiyi və təbiətə 17 400 manat məbləğində ziyan dəydiyi məlum olub.

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”, - deyə Məhəmmədov qeyd edib. Dominos pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!