Təbrizdə Güney Azərbaycanın siyasi məhbuslarına dəstək aksiyası keçirilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə sosial şəbəkədə video və məlumatlar paylaşılıb.
Məlumatda qeyd olunur ki, Güney Azərbaycanın milli fəalları həbs olunan siyasi məhbuslara dəstək nümayiş etdirib, həmçinin məhbusların şəkilləri olan paltarlar geyinib, divarlara şüarlar yazaraq onların həbsdə saxlanmasına etiraz ediblər. pizza mizza
Aksiyaçılar "Siyasi məhbuslara Azadlıq", "Davud Şiri, Əlirza Səbri, Araz Amani, Hüseyn Amani, Cavad Əhmədzadə" şüarları səsləndiriblər.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız