TƏCİLİ XƏBƏRDARLIQ! Bu şəhəri də zəlzələ fəlakəti gözləyir - Hər an baş verə bilər

saytların hazırlanması

Evə çatdırılma

TƏCİLİ XƏBƏRDARLIQ! Bu şəhəri də zəlzələ fəlakəti gözləyir - Hər an baş verə bilər

Dünya

12 Fevral 2023 11:58 6127


"Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən zəlzələlər İstanbul zəlzələsini gecikdirdi. Ancaq bu, İstanbul üçün ağrılı bir xəbərdarlıqdır".

Musavat.com-un məlumatına görə, Alman Geologiya Elmləri Tədqiqat Mərkəzinin (GFZ) professoru Marko Bohnhoff xəbərdarlıq edib ki, 16 milyon insanın yaşadığı İstanbulda hər an 7,4 bal gücündə zəlzələ baş verə bilər.

Bohnhoff Şimali Anadolu fay xəttinin (qaya səthində və ya qruntda geoloji çatı izləyən xətt - red.) İstanbula yaxın olması səbəbindən erkən xəbərdarlıq sistemlərinin etibarsız olduğunu bildirib. Pepperoni pizza

"İstanbulda baş verəcək zəlzələ üçün erkən xəbərdarlıq etmək son dərəcə uğursuz olar. Mümkün bir Mərmərə zəlzələsində xəbərdarlıq müddəti ən yaxşı halda yalnız bir neçə saniyə olacaq" - Bohnoff deyib.

Hannoverdəki Federal Yer Elmləri İnstitutundan seysmoloq Gernot Hartmann da İstanbulda zəlzələ riskinin çox yüksək olduğunu bildirib.

"Uzun müddətdir ki, Mərmərə dənizinin qərbində güclü zəlzələ baş verməyib. Şimali Anadolu fay xətti buradan keçdiyi üçün bu bölgədəki qırılma xəttində gərginlik səviyyəsi durmadan artır" - Seysmoloq Hartmann deyib.

O, İstanbul zəlzələsinin nə vaxt baş verə biləcəyini təxmin etməyin mümkün olmadığını deyib:

"Zəlzələ lap yaxın gələcəkdə, yaxud onilliklər sonra da baş verə bilər. Ona görə də yaxınlaşan təhlükənin fərqinə varmaq lazımdır və hazırlaşmaq vacibdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!