Təcrübəsiz adamlar necə direktor olur? - “Dostluq, qohumluq əlaqələri...”

saytların hazırlanması

Evə çatdırılma

Təcrübəsiz adamlar necə direktor olur? - “Dostluq, qohumluq əlaqələri...”

Sosial

28 Mart 2024 15:55 1458


Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin işdən azad edilməsi halları artıb. Maraqlıdır, görəsən bu vəzifəyə təyin edilən şəxslər niyə etimadı doğrulda bilmir? Təyinat prosesindəki qaydalarda dəyişikliyə ehtiyac varmı? 

Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov “Yeni Sabah”a danışıb. Onun sözlərinə görə, bu məsələdə ən əsas problem təcrübəsiz şəxslərin həmin vəzifələrə təyin olunmasıdır: 

“Hesab edirəm ki, kolleclər bir müddət öncə universitetlərin tərkibinə verildi ki, burada fəaliyyət düzgün və daha səmərəli şəkildə qurulsun. Kolleclərin fəaliyyəti üçün dövlət tərəfindən bir sıra mühüm qərarlar verildi, addımlar atıldı. Təəssüflə qeyd etmək lazımdır ki, hazırda bəzi kolleclərin fəaliyyətində heç bir dəyişiklik baş vermədiyini görürük. Hələ də bir sıra kolleclərdə rüşvət mövcuddur, təhsil səviyyəsi aşağıdır. Bu prosesə ən çox təsir edən amillərdən biri kadrların düzgün seçilməməsidir. Təyinat zamanı dostluq, tanışlıq, qohumluq əlaqələri əsas götürülür. Hər zaman qeyd etmişəm ki, idarəçilik təcrübəsi olmayan, heç bir yerdə işləməyən bir şəxsin kollecdə, yaxud məktəbdə rəhbər işləməsi qeyd olunan proseslərə öz mənfi təsirini göstərir. Ona görə mütləq direktorların təyinatında bu məsələ nəzərə alınmalıdır”.  Marqarita pizza

Deputat təklif edib ki, sözügedən vəzifəyə təyin olunan şəxslərin ən azından direktor müavini olaraq fəaliyyəti olmalı və bu dövr nəzərdən keçirilməlidir:

“İstər orta məktəbdə, istərsə də kollecdə rəhbər işləyəcək şəxsin bu sahədə təcrübəli olması mütləq yoxlanılmalıdır. Ən azından həmin şəxs öncə direktor müavini vəzifəsində normal fəaliyyət göstəribsə, sonrakı dövrdə onu direktor olaraq iş prosesini müşahidə etmək olar. Bu həssas məsələyə mütləq şəkildə diqqət yetirilməlidir. Eyni zamanda kolleclərin fəaliyyətinə nəzarət ciddi formada gücləndirilməlidir. Neqativ hallara qarşı çox sərt tədbirlər həyata keçirilməlidir. Yalnız bu şəkildə həmin sahədəki məqsəd və hədəflərə nail olmaq mümkündür”. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Haller
    Teecublu bir sey deyil, bu olke ucun...amma facielidir ve gunler kecdikce zererler daha da artir..."onlar" ucun deyil, millet ve dovlet ucun...efsuslar...
    2 years ago
  • Rahim
    İLLƏRDİ ŞƏXSİYYƏTİNƏ HÖRMƏT ETDİYİM CEYHUN MÜƏLLİM AZƏRBAYCANDA HEÇ VAXT DİREKTORLAR TƏCRÜBƏLİ, İŞGÜZAR VƏ LƏYAQƏTLİ MÜƏLLİMLƏRDƏN SEÇİLMƏYİBLƏR. M. MƏRDANOVUN DÖVRÜNDƏN ONUN SƏRİŞTƏSİZ YERLİLƏRİ MƏKTƏBLƏRİ İDARƏ ETMƏYƏ BAŞLADILAR.
    2 years ago