Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır” - Açıqlama
22 Avq 2020 20:05
5811

“Tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır” - Açıqlama

Ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət əhəmiyyətli dərəcədə dəyişir. Buna görə təhsil prosesini bərpa etmək məsələsinə müxtəlif bölgələrdə fərqli yanaşmaq lazımdır.

Yenisabah.az xəbər verir ki, bu barədə təhsil sahəsində ekspert Qoşqar Məhərrəmov deyib.

Onun sözlərinə görə, tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır.

“Məsələn, karantinin tamamilə ləğv olunduğu bölgələrdə ənənəvi təhsil formasına qayıtmaq olar. Əlbəttə ki, vacib tədbirlərə riayət etmək şərti ilə: Məktəbin girişində şagird və müəllimlərin temperaturu ölçülməli, bir sinifdə oxuyan şagirdlərin sıxlığına nəzarət olunmalı, sosial məsafəyə riyaət edilməli, təhsil ocağının içərisindəki dezinfeksiya tədbirlərinə laqeyd yanaşılmamalıdır”, - deyə ekspert bildirib.

Karantin rejiminin daha sərt tətbiq olunduğu zonalara gəldikdə, Q.Məhərrəmovun fikrincə, tədris prosesi Azərbaycan Respublikası Təhsil İnstitutunun bir gün əvvəl verdiyi tövsiyələr əsasında təşkil edilə bilər.

“Bu vəziyyətdə dərs günlərinin, saatların sayının, həmçinin siniflərin sıxlığının azaldılması üçün tədbirlər görmək vacibdir. Bəzi şagirdlərin bazar ertəsi, çərşənbə və cümə günləri, digərlərinin isə çərşənbə axşamı, cümə axşamı və şənbə günlərində məktəbə getməsi daha məqsədəuyğundur”, - deyə ekspert vurğulayıb. /Media.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər