İnstagram sosial şəbəkəsində qeyri-adi paylaşım izləyicilərin diqqətini cəlb edib. Paylaşımda süni mayalanma üçün kişi və qadın donorların axtarıldığı qeyd edilir və bunun qarşılığında müəyyən məbləğdə pul təklif olunur. Bimənalı qarşılanmayan elan bir sıra müzakirələr yol açıb.
Maraqlıdır, bu kimi prosedurların mənfi cəhəti varmı?
Ginekoloq Gülnar Ağayeva “Yeni Sabah”a açıqlamasında sözügedən məsələ ilə bağlı bəzi detallara aydınlıq gətirib: Sezar pizza
“Bu tipli elanlarda hamiləlik üçün donor axtarırlar. Süni mayalanma prosesində yaşı 40-dan yuxarı, problemli xanımlar belə donor qızlardan istifadə edərək, onların yumurtalarında mayalanma prosesini həyata keçirirlər. Bu sonsuz olan kişilər üçün də keçərlidir. Əslində isə bu seçim düzgün deyil”.
Ginekoloq bildirib ki, belə prosedurlar gələcəkdə bacı-qardaş evliliyinə gətirib çıxara bilər:
“Bu prosedurlar vəkilin iştirakı və evli cütlüklərdən hər iki tərəfin razılığı ilə həyata keçirilir. Beləliklə, donor kişi, yaxud donor yumurtadan istifadə olunur. Ancaq burada bir sıra narahatedici məqamlar var. Uşaq genetik cəhətdən donor olan xanımın övladı olur. Eyni qadından dəfələrlə donor kimi istifadə edəndə həmin xanımdan olan uşaqlar bacı-qardaş sayılır və illər keçdikcə bunun daha ağır fəsadları ola bilər. Yəni, 20-25 ildən sonra həmin qadından olan uşaqlar qarşılaşıb evlənsə, genetik xəstəliklərin çoxalması kimi problemlər ortaya çıxa bilər. Belə məsələlərə isti baxmıram və düzgün olduğunu da düşünmürəm”.
Aytac Şahin
Telegram kanalımız