Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Tehrandan verilən mesajlar bundan ibarət idi ki...”  – Fərid Şəfiyev
23 Sen 2021 12:41
5738

“Tehrandan verilən mesajlar bundan ibarət idi ki...” – Fərid Şəfiyev

Siyasi gündəmi zəbt etmiş yeni mövzu Azərbaycan-İran-Türkiyə ittifaqıdır. 

Bu barədə ilk dəfə söz açan Bakıya 3 günlük səfərlə gəlmiş İran xarici işlər nazirinin müavini Məhəmməd Kazem Səccadpur olub. 

Daha sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev öz “Twitter” hesabında üçtərəfli görüşü əks etdirən foto paylaşıb. Fotoda Fərid Şəfiyev, İRAM Mərkəzinin (Türkiyə) rəhbəri Hakkı Uyqur, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, İran xarici işlər nazirinin müavini Səccadpur və İslam Respublikasının Bakıdakı səfiri Abbas Musəvi əks olunublar.

Eyni zamanda, Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyasının kuluarlarında görüşən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov da daxil olmaqla, Tehranda üçtərfli görüşün keçirilməsi barədə razılığa gəliblər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Yenisabah.az-a açıqlamasında Azərbaycan-İran-Türkiyə əməkdaşlığının perspektivlərini dəyərləndirib:

“Ümumiyyətlə İran, Türkiyə və Azərbaycan regionun əsas ölkələrindən biridir. Türkiyə bizim yaxın müttəfiqimiz, İran isə qonşu dövlətdir. Türkiyə ilə olduğu kimi, İranla da ticarət və iqtisadi sahədə əlaqələrimiz var.

Azərbaycanın baxışı bundan ibarətdir ki, İkinci Qarabağ müharibəsindən sonra müəyyən regional əməkdaşlıq çərçivəsi yaratmalıyıq və artıq Türkiyə ilə Azərbaycanın dövlət başçıları bölgə ölkələrinə “3+3” formulunu təqdim ediblər. Lakin bu formulun reallaşdırılması çətin məsələdir. Çünki Azərbaycan və Ermənistan arasından əlaqələr hələ ki, yoxdur, sülh sazişi imzalanmayıb, israrlı sülh təkliflərimiz İrəvanda rədd olunub. Digər tərəfdən, Gürcüstan və Rusiya arasında da Abxaziya və Cənubi Osetiya problemlərinə görə əlaqələr rəsmi səviyyədə demək olar ki, yoxdur.

Buna görə də bu üçlü formula (Türkiyə-İran-Azərbaycan) strukturu vasitəsiylə əməkdaşlığı inkişaf etdirmək olar. Bizim əməkdaşlıq çərçivəsinə oxşar Türkiyə-Gürcüstan-Azərbaycan formulu da mövcuddur. Həmçinin nəqliyyatla bağlı İran-Azərbaycan-Rusiya əməkdaşlığı mövcuddur.

Təbii ki, bu məsələləri müzakirə etdik və hesab edirəm ki, Türkiyə-Azərbaycan-İran əməkdaşlığını müəyyən bir formada həyata keçirdə bilərik.

Onu da qeyd edim ki, İran XİN-in nümayəndə heyəti hazırda Bakıdadır və onlar bu gün Ağdama səfər edəcəklər. Həmçinin Azərbaycanı Qarabağ müharibəsində qələbə münasibəti ilə təbrik ediblər və verilən mesajlar bundan ibarət idi ki, İran Azərbaycanla əlaqələri üstün tutur və əməkdaşlıqda maraqlıdır".

Rafi Müslümov

“Tehrandan verilən mesajlar bundan ibarət idi ki...”  – Fərid Şəfiyev
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər