Tehran ABŞ-yə cavab verməyə tələsmir

saytların hazırlanması

Evə çatdırılma

Tehran ABŞ-yə cavab verməyə tələsmir

Dünya

02 İyun 2026 13:56 72


İran hələ də ABŞ-nin iki ölkə arasındakı fikir ayrılıqlarını həll etmək üçün təklif etdiyi yekun razılaşmanı cavablandırmayıb.

"Yeni Sabah" Mehr-ə istinadla xəbər verir ki, bunu danışıqlar qrupuna yaxın mənbə bildirib.

Onun sözlərinə görə, Tehranda yekun mətnlə bağlı müzakirələr davam edir. Mənbə qeyd edib ki, İran keçmiş razılaşmaların təcrübəsini və ABŞ-nin öhdəliklərini yerinə yetirəcəyinə inamsızlığını nəzərə alaraq təklifə çox ehtiyatla yanaşır. Marqarita pizza

Mənbə bildirib: "Əvvəlki təcrübəyə əsaslanaraq İran real nəticələr istəyir".

O əlavə edib ki, tərəflər fərqli risk qiymətləndirmələrinə malikdirlər: ABŞ münaqişənin eskalasiyasından qorxur, İran isə mümkün razılaşmanın etibarlılığından narahatdır.

Mənbə vurğulayıb ki, Tehranın mövqeyi konkret və təsdiqlənə bilən addımlar prinsipinə əsaslanır, çünki ölkə əvvəllər razılaşma pozuntuları ilə üzləşib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!