"Hər uşaq gözəldir. Onlar gözəl olduqca dünyamızda gözəl olacaq".
Yenisabah.az xəbər verir ki, bunu uşaqlara yardım kampaniyası başladan tanınmış təhsil eksperti Ramal Şəmşədli deyib.
"Uşaqlara yardım kompaniyasını Hüseynlə başladım. Hüseynin yaşı azdı, amma böyük ürəyi var. O, moykada işləyir. Atası yoxdur. İki yaşlı qardaşı Həsənə və anasına kömək edir. Bu yaşda böyük yük altına girib. Bizdə çalışırıq ki, Hüseyn kimi balaca dostlarımıza kömək edək. Hələki 44 nəfər uşaq nəzərdə tutmuşam. Amma siz dəyərli dostlarımızın köməyi olsa, bunun sayını daha da çoxalda bilərik. Qabaqdan qış gəlir. Hər birinizə təşəkkür edirəm!", - deyə təhsil eksperti deyib. Toyuqlu pizza
Telegram kanalımız