“Təhsil haqqında” qanuna dəyişiklik 1-ci oxunuşda qəbul edildi

saytların hazırlanması

Evə çatdırılma

“Təhsil haqqında” qanuna dəyişiklik 1-ci oxunuşda qəbul edildi

Sosial

05 Noyabr 2022 13:06 858


“Təhsil haqqında” qanuna Azərbaycanda universitetdən xaric və bərpa olunmanın hüquqi əsaslarının formalaşdırılması ilə bağlı təklif olunan dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, dəyişikliklə ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsindən xaric və ya bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək dövlətin vəzifələri sırasına əlavə edilir.

Bundan əlavə, orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını da müəyyən etmək dövlətin vəzifəsi sayılacaq. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!