Məşhur professor nazirə qarşı çıxdı: “Yəqin bəşəri təcrübədən xəbəri var“

saytların hazırlanması

Evə çatdırılma

Məşhur professor nazirə qarşı çıxdı: “Yəqin bəşəri təcrübədən xəbəri var“

Sosial

21 Fevral 2022 15:10 1681


Uşaqların məktəbə telefon aparıb-aparmaması məsələsində təhsil naziri birmənalı mövqe tutub. Onun fikrincə, burada qəbahətli heç nə yoxdur. Valideynin övladı ilə əlaqə saxlaya bilməsi üçün şagirdin məktəbə telefonla gəlməsi normaldır.

Yenisabah.az-a açıqlamasında Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib ki, mobil telefonlar məktəbin girişində yığılmalıdır:

“Telefonu məktəbə aparmaq olar. Amma məktəbdə girişdə şagirdlərdən alınmalıdır. Ona görə də yox ki, onlar video, yaxud şəkil çəkir. Sadəcə telefon baş qatır, uşaqlar əsas məsələdən yayınırlar. Artıq bilik öyrənmək kənarda qalır”. Pepperoni pizza

Professorun sözlərinə görə, Avropa ölkələrinin öz praktikası var:

"Ona görə də ya tədqiqat aparılmalı, ya da elə Avropa ölkələrinin qərarlarını qəbul etməliyik.

Şagirdin telefonu olsun, amma sinifdə olmasın. Yəqin Təhsil Nazirliyində işləyənlərin bəşəri təcrübədən xəbəri var”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şəmsəddin
    Nazir gənc olduğu üçün yeni fikirli adamdır.Texnologiyalar əsrində yaşayırıq,istəsək də-istəməsək də yeni texnologiyalardan uzaq dura bilməyəcəyik,o.c. uşaqlar da. Sadəcə sinifdə müəllim telefonları yığa bilər. Yaşlı adamlar həmişə köhnə düşüncəli olurlar.
    4 years ago