​​​​​​​Təhsil Nazirliyi 266 milyon manatlıq iki tenderə yekun vurdu

saytların hazırlanması

Evə çatdırılma

​​​​​​​Təhsil Nazirliyi 266 milyon manatlıq iki tenderə yekun vurdu

Sosial

22 Dekabr 2021 15:41 748


Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra təhsil müəssisələrində qazanxana və istilik sistemləri üçün avadanlıqların alınıb -quraşdırılması (1), eləcə də “maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Yenisabah.az-ın məlumatına görə, "Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Parlaq-N" MMC və "Simplex" QSC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 24,376 milyon manat və 241,673 milyon manat, ümumilikdə isə 266,05 milyon manat ödəniləcək. Pepperoni pizza

Xatırladaq ki, "Simplex" şirkəti Təhsil Nazirliyinin digər tenderlərində də qalib elan olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!