“Təhsil Nazirliyi ləğv olunsun, bütün səlahiyyətlər...“ - Hüquqşünas

saytların hazırlanması

Evə çatdırılma

“Təhsil Nazirliyi ləğv olunsun, bütün səlahiyyətlər...“ - Hüquqşünas

Sosial

31 Yanvar 2022 12:43 14451


“Təhsilə rəhbərlik edənlərin təhsildən xəbəri yoxdur”.

Bunu Yenisabah.az-a açıqlamasında tanınmış hüquqşünas Şəmsəddin Əliyev deyib:

Onun sözlərinə görə, təhsilə nəzarət edən qurumlar heç biri öz işinin öhdəsindən gələ bilmir: Dördpendirli pizza

“Tədris proqramını həyata keçirənlərin, ümumiyyətlə, təhsildən xəbərləri yoxdur. Valideyn məcburdur ki, uşağı dərsdən sonra hazırlığa göndərsin. Çünki uşaq faktiki olaraq dərsləri çatdıra bilmir. Təhsilə nəzarət etmək üçün Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi, Dövlət İmtahan Mərkəzi var. Üç qurum heç biri öz işinin öhdəsindən gələ bilmir”.

Hüquqşünas qeyd edib ki, təhsili 30 ildir ayaqüstə qalxa bilmir:

“Hələ tədris proqramı başa çatmamış uşaqlar apreldə imtahan verməli olacaqlar. Bu nə deməkdir? Buna nəzarət edən qurum yoxdur? İşə hansı ağılla, təfəkkürlə yanaşırlar?

30 ildir təhsil sistemi yerində sayır. Sovet təhsil sisteminin nəyi pis idi ki?! Bilet çəkib, imtahan verilirdi. Heç bir əlavə müəllimə ehtiyac qalmırdı. Bu gün müəllim dərsə gününü keçirməyə gəlir.

Dövlət İmtahan Mərkəzinin (DİM) əleyhinə deyiləm. Sadəcə Təhsil Nazirliyi ləğv olunsun, bütün səlahiyyətlər DİM-ə verilsin”.

Nəzrin Vahid

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Eldar
    Təhsil ölüb, ağlayıb basdirani yoxdur.
    4 years ago
  • Cebrayil
    Mende bu gunki tehsil sistemile cox naraziyam.. 1ci sinifden tutmus 11 ci sinife qeder butun ders sistemi tersine gedir.... 1 de oxuyan uwaq sumkasin dasiya bilmir
    4 years ago
  • Xanim
    Menim ovladimda 9 cu sinif sagirdidir.Mende tamamile raziyam bu fikirle.Tedris prosesi basa catmamis imtahan olmaz
    4 years ago
  • Akif m
    Olmaz. Bu,təhsili daha urvatsız edər. Əksinə, DİM ləğv olunsun. Sovet dövründəki kimi Təhsil və Maarif nazirlikləri olsun. Məktəb və bağça əvvəllərdə olduğu kimi Maarif Nazirliyinin tərkibində. Müəllim, məktəb zəhmət çəkir, amma DİM - önərləyirlər. DİM-nin nəşriyyat, poliqrafiya işirespublikanın nəçriyyat fəaliyyətini üstələyir. Sınaq , buraxılış, qəbul imtahanları, test topluları qazanc seli kimi axır DİM-nə, amma məktəblər var ki, rayonlarda orta əsrlərdə olduğu kimi. Müəllimin maaşı az, amma DİM nəşriyyat daxilolmalarından işçilərinə müəllimlərdən daha çox maaş verir. Məktəb, sadəcə, böyükyaşlı uşaqların bağça təsirini bağışlayır.
    4 years ago