Təhsil Nazirliyindən modul tipli məktəblərlə bağlı mühüm AÇIQLAMA
08 Avq 2020 17:58
1417

Təhsil Nazirliyindən modul tipli məktəblərlə bağlı mühüm AÇIQLAMA

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb. 2020-ci ilin sonuna kimi daha 60  modul tipli məktəb istifadəyə veriləcək. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dövlət başçısının 8 avqust 2020-ci il tarixli “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” sərəncamına əsasən, 13 rayonda daha 26 modul tipli məktəbin  quraşdırılması nəzərdə tutulub:

“Sərəncama əsasən, Təhsil Nazirliyinə bunun üçün yeddi milyon manat vəsait ayrılıb.

Modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə, xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatmış məktəb problemi tamamilə həll olunacaq”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər