“Təhsil Nazirliyini şikayət bürosuna çevirsək...“ - Nazir

saytların hazırlanması

Evə çatdırılma

“Təhsil Nazirliyini şikayət bürosuna çevirsək...“ - Nazir

Sosial

29 Dekabr 2021 13:20 663


“Təhsil Nazirliyini şikayətlər bürosuna çevirsək, yaxşı təhsil sistemi qurmaq imkanımız olmayacaq”.

Yenisabah.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” verilişində deyib.

O, vətəndaş problemlərinin necə həll olunacağına münasibət bildirib: pizza

“Təhsil Nazirliyini fərdi problemlərin və şikayətlərin həlli bürosuna çevirsək, 150-200 adamın sualına daha tez cavab verəcəyik, amma yaxşı təhsil sistemi qurmaq imkanımız olmayacaq.

Bu o demək deyil ki, biz vətəndaş müraciətlərinə baxmırıq. Onlar öz şikayətlərini aidiyyatı qaydada etməlidilər ki, problemləri tez həll olunsun. Ciddi şəkildə təhsil islahatı aparmaq istəyiriksə, cəmiyyət, valideyn və vətəndaşlar həmrəlik nümayiş etdirməlidir. Hansısa fərdin öz probleminə yönəlməsi və sistemdə nə baş verirsə-versin təfəkküründə olması qəbuledilməzdir”. 

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!