“Tək bir orduyam, nə oğrudan, nə doğrudan qorxuram” - Radikal çağırış

saytların hazırlanması

Evə çatdırılma

“Tək bir orduyam, nə oğrudan, nə doğrudan qorxuram” - Radikal çağırış

Sosial

13 Mart 2024 12:25 587


Sosial şəbəkələrdə qəribə iddialarla çıxış edən şəxsin görüntüləri yayılıb.

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, videogörüntülər sosial şəbəkələrdə izləyicilər arasında narazılıq yaradıb.

Həmin şəxs özünü “Qurban İbn Yəhya” olaraq təqdim edir və Bakıda yaşadığını qeyd edir: pizza hut

“Buradayam, Azərbaycandayam. Qurban İbn Yəhyayam, təkəm, bir orduyam. And olsun Allaha heç kimdən qorxmuram. Nə oğrudan, nə doğrudan, nə lotudan, nə də başqasından qorxuram”.

Qeyd edək ki, videogörüntülərin tam formada paylaşılmadığı da iddia edilir. Sosial şəbəkələrdə çoxsaylı şikayət və narazılıq doğuran videomaterialın hansı məqsədlə lentə alındığını dəqiqləşdirmək üçün məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdik.

DİN-nin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələdən məlumatlıdırlar: “Yayılan videogörüntü barədə araşdırma aparılır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!