Ömrümüzün sonuna kimi hər 6 aydan bir peyvənd vurduracağıq?   - Professordan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ömrümüzün sonuna kimi hər 6 aydan bir peyvənd vurduracağıq? - Professordan açıqlama

Sosial

30 Dekabr 2021 10:42 1364


“Koronavirus RNT tərkibli olduğundan sürətlə mutasiyaya uğrayır. Təbii ki, hər bir mutagen forma yeni ştamm və xassə qazanır”. 

Yenisabah.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

O əlavə edib: “Azərbaycanda “Sinovac” şirkətinə məxsus “Coronavac”la kütləvi peyvəndləmə həyata keçirilib. Vaksinasiyanın spesifiklik, həssaslıq və effektlik göstəriciləri haqda birmənalı rəy demək çətindir. Çünki araşdırma zamanı xeyli insanda antikor testi aşağı çıxıb. Buna görə bəzi şübhələr yaranıb”. pizza hut

Həkimin sözlərinə görə, hər 6 aydan bir peyvəndin yenilənməsi vacibdir:

“Rusiya artıq koronavirusa qarşı vaksinasiyanı milli təqvimə salıb. Hər il bu kampaniyanın təkraralanması zərurəti var. Bu baxımdan, nəinki “buster doza”, hətta ikinci peyvəndləmə kampaniyası məqsədəuyğun və zəruridir. 

Peyvənd seçimi də var. İnsanlar təkrarən peyvənd vurdursalar, daha yaxşı olar. Çünki virus yayılmaqdadır. Nə qədər çox immunizasiya olarsa, o qədər yaxşı kollektiv immunitetə sahib olarıq”.

Nəzrin Vahid 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!