“Tələbə qızlar dərsə qarnıaçıq gəlir. Biabırçılıqdır!”

saytların hazırlanması

Evə çatdırılma

“Tələbə qızlar dərsə qarnıaçıq gəlir. Biabırçılıqdır!”

Sosial

22 Dekabr 2023 13:14 10414


“Sabir Rüstəmxanlının ailə institutunun dağılması ilə bağlı həyəcan təbili tamamilə təbiidir. Doğurdan da ailə institutu dağılmaqdadır və bu qorxunc məsələdir, çünki Azərbaycan mədəniyyəti, mənəviyyatı, inkişafımız həmişə ailə dəyərləri üzərindən formalaşıb. Əsrlər boyu bu belə olub. Ailə institutunun dağılması Azərbaycanın mədəniyyət sisteminin dağılmağına gətirib çıxarar. Amma çox şükür ki, hələlik bu məsələlərin qarşısını almaq olar”.

Bu sözləri Yenisabah.az-a sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, ailə xüsusi diqqət və həssas yanaşma tələb edən bir mövzudur: Marqarita pizza

“Dəfələrlə bunun qarşısının alınması ilə bağlı danışmışam. Amma Azərbaycanın bu məsələyə məsul olan qurumları başa düşmür. Bu, birbaşa Prezident Aparatının humanitar siyasət şöbəsinə aiddir və buna Milli Məclisin sosial məsələlərlə bağlı komitəsi, Ailə, Qadın və Uşaq Dövlət Komitəsi, digər qurumlar məsələyə diqqət verməlidir. Bu məsələlərlə arzu olunan şəkildə məşğul olmaq lazımdır. Bunun üçün müəyyən təhlillər aparılmalıdır.

Azərbaycanda ailə institutunun dağılmaması üçün vacib olan işlərdən heç biri görülmür. Sadəcə, qondarma, ikinci dərəcəli işlər görülür. Bunun da təqsiri Ailə, Qadın və Uşaq Komitəsində deyil. Bunun üçün ölkədə bu sahədə ciddi sosial-humanitar siyasət müəyyənləşməlidir, buna uyğun fəaliyyət proqramı olmalıdır. Komitə icraçı qurumdur, o, sosial-humanitar siyasəti həyata keçirir, siyasət isə aydın olmalıdır.

Görünür, başa düşmürlər ki, nə işlər görmək lazımdır. Deyiləndə də buna əhəmiyyət vermirlər, elə fikirləşirlər ki, adamın vəzifəsi böyük olanda hər şeyi bilir, mütəxəssisə ehtiyac yoxdur”.

Ekspertin sözlərinə görə, ailənin daha möhkəm olması və güclü ailənin formalaşması dövlətin əsas siyasəti olmalıdır:

“Əgər ailə institutunun dağılmamasını, boşanmaların olmamasını istəyiriksə, boşananlar arasında, onların valideynləri arasında ciddi sorğu keçirməliyik. Daha sonra bunun əsasında təhlillər aparıb fəaliyyət planı hazırlamaq lazımdır. Bu işlər isə görülmür.

Digər tərəfdən, bu gün ailə institutuna zərbə vuran texnologiyalar var. Aidiyyəti qurumlar heç bu texnologiyaların nə olduğunu belə bilmir. Hazırda oğlanlar küçədə ayaqyalın, qızların da əksəriyyəti qarnıaçıq gəzir. Bəzən görürsən ki, üstdən tüklü bir gödəkcə geyib, amma qarınları açıq gəzirlər.

Abır-həya, mənəvi məsələləri kənara qoyaq, amma bu, birbaşa gənclərin bədənində, o cümlədən, cinsiyyət orqanlarında xəstəliklərin yaranmasına səbəb olan məsələdir. Həm oğlanlarda, həm də qızlarda xəstəliklər yaranır. Qızlar ailə qurandan sonra 2 il həkim yanına gedir, müalicə olunur, uşaq doğsun.

Mən məhkəmə işçiləri ilə də danışmışam, deyilər ki, boşanmaların 30%-dən çoxuı yeni evlənənlərdə cinsi xəstəliklərin olması ilə bağlıdır, bu da birbaşa soyuqdəymə ilə əlaqədardır.

Lazım olan işlər görülmür, təbliğat getməlidir, amma bu o demək deyil ki, küçədə kimisə tutub deyəsən: “A bala, qarnıaçıq gəzmə!” Bu maariflənmə sayəsində olmalıdır. Bir də görürsən ki, tələbə qızlar dərsə qarnıaçıq gəlir. Belə şey olar?! Biabırçılıqdır!

Bu məsələlərə nə Gənclər və İdman Nazirliyi, nə Elm və Təhsil Nazirliyi, nə də Səhiyyə Nazirliyi fikir verir. Vacib olan işlər görülmür. Ömrümü sosiologiyaya həsr etmişəm, ağsaqqal yaşımda nə təkliflər verirəmsə, aidiyyəti qurumlar vecinə almır. Elə bilirlər ki, özləri daha ağıllıdırlar. Bu, gülüncdür!”

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!