Tələbədən rüşvət tələb edən müəllimin səs yazısı yayıldı -   Audio

saytların hazırlanması

Evə çatdırılma

Tələbədən rüşvət tələb edən müəllimin səs yazısı yayıldı - Audio

Sosial

27 Aprel 2023 11:04 9198


Daha bir təhsil müəssisəsi rüşvət qalmaqalı ilə gündəmə gəlib. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində müəllimin tələbədən rüşvət istəməsi ilə bağlı səs yazısı yayılıb.

Yenisabah.az-a daxil olan audiofaylda imtahan zamanı müəllimlərin tələbədən rüşvət istəməyindən bəhs olunur. 

Audiofaylı redaksiyamıza təqdim edən şəxsin sözlərinə görə, hadisə Pərvin adlı müəllimin imtahan götürdüyü auditoriyada baş verib.  Söhbətdə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin qiyabi şöbəsinin müdiri Güllübəyim adlı müəllim də iştirak edib.  pizza mizza

Səs yazısından aydın olur ki, tələbələrdən biri 2 ay dərs buraxıb. Qaiblərının silinməsinin və qiymətlərin yazılması müqabilində ondan 700 manat rüşvət tələb olunub. Tələbə isə atasının xəstə olduğunu, bu vəsaiti ödəməyə gücünün çatmadığını deyərək, 300-400 manatla problemi həll etməyə çalışıb. 

Bu vaxt söhbətə kollecin qiyabi şöbəsinin müdiri Güllübəyim müəllim qarışıb. O, Şahinin (Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor əvəzi – red.) bu məbləğlə razılaşıb-razılaşmayacağına əmin olmadığını deyir. Nəhayət, müəllimlər tələbəyə atası ilə danışıb gücü çatan məbləği gətirməyi məsləhət görürlər. 

Sözügedən səs yazısını təqdim edirik:

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!