Tələbələri çətin duruma salan universitetlər: Qərar son günə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Tələbələri çətin duruma salan universitetlər: Qərar son günə saxlanıldı

Sosial

29 Sentyabr 2021 09:16 1133


Alınmış müvafiq qərara görə, sabahdan etibarən ölkə ərazisində ali təhsil müəssisələrində tədris əyani şəkildə bərpa ediləcək.

Yenicag.az xəbər verir ki, qərarın həftələr öncəsindən açıqlanmasına baxmayaraq, universitetlər tələbələrlə dərs cədvəlini yalnız bu gün bölüşüb.

Üstəlik, bəzi universitetlər jurnalda sıra nömrəsi tək və cüt olanları ayıraraq onların 2 həftə ara ilə universitetə gəlmələrini uyğun bilib ki, bu da artıq şəhərə gəlmiş tələbələrin əlavə vaxt itkisinə səbəb olub. pizza mizza

Universitetlərdən tələbə etirazlarına cavab olaraq isə onların da dərs saatları və təşkili forması ilə bağlı Təhsil Nazirliyi tərəfindən son anda bilgiləndirildiyi bildirilib.

Görünən odur ki, Təhsil Nazirliyi və universitetlər, sadəcə “yolavermə” ilə məşğuldurlar.

www.yenicag.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!