Tələbələrin borc siyahısını yayan dekan cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Tələbələrin borc siyahısını yayan dekan cəzalandırıldı

Sosial

10 Yanvar 2022 11:16 615


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bir illik təhsil haqqını ödəyə bilməyən tələbələrin adlarını yayan şəxslər cəzalandırılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə ADMİU-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sənədin yayılmasına səbəbkar olan tütor və dekan cəzalandırılıb: pizza mizza

“Universitetdə tələbələrin adlarının siyahısı asılmamışdı. Tütorlar tərəfindən dekanlıq daxili üçün hazırlanmış sənəd imtahan öncəsi tələbələri məlumatlandırmaq məqsədilə “Whatsapp” qrupuna göndərilib. Universitet rəhbərliyi bunun da əleyhinədir və elə məsələ açılan kimi operativ şəkildə araşdırıldı, sənədin yayılmasına səbəbkar olan tütor və dekan cəzalandırıldı”, - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən həftə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bir illik təhsil haqqını ödəyə bilməyən tələbələrin adlarının divarda vurulması barədə məlumat yayılmışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!