Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Ali və orta ixtisas təhsil müəssisələrinin fəaliyyətə başlaması tələbələrin mənzil-məişət problemini yenidən aktuallaşdırır. Qeyd edək ki, bu problem təkcə Bakı deyil, bölgələr üçün də xarakterikdir.
Rayonlarda təhsil alan tələbələr mənzil problemini necə həll edirlər?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenisabah.az-a açıqlamasında mövcud problemlərin səbəblərinə aydınlıq gətirib. Toyuqlu pizza
Ekspert deyib ki, hər il avqust ayının sonundan sentyabr ayının ilk yarısına kimi tələbələrin ev axtarışında ciddi canlanma müşahidə edilir:
“Əvvəlki illərlə müqayisədə kirayə mənzil bazarında bir sıra çətinliklər özünü göstərməkdədir. Buna səbəb paytaxt Bakıda 2016-cı ildən bəri bir çox layihələr üzrə dəvam edən söküntü işləridir. Evi sökülən sakinlər kütləvi şəkildə özləri kirayə ev axtarışına çıxır. Əlavə olaraq, bunu da qeyd etmək lazımdır ki, minlərlə tələbə bölgələrdən paytaxta təhsil almaq üçün gəlir və bu tələbələrin də 90 faizi kirayə qaldığına görə, minlərlə mənzillər sırf tələbələr tərəfindən kirayələnir”.
Müsahibimiz əlavə edib ki, tələbələrin sıxlığı Bakının Yasamal və Nərimanov rayonlarında daha çox müşahidə edilir:
“Yasamal rayonunda həm həyət evləri, həm də bina evləri var. Həyət evlərində 1 otaqlı mənzilin qiyməti təxminən 100-150 AZN, 2 otaqlı mənzillər 200 AZN civarında, bina evlərində normalda 1 otaqlı 300, 2 otaqlı isə 400 AZN civarında müşahidə edilirdisə, hazırda artım qeyd olunmaqdadır. Çıxış yolu təbii ki, mövcuddur. İlk növbədə, tələbə yataqxanaları yenidən bərpa edilməlidir. Əgər torpaq sahəsi varsa, köhnə yataqxanaları söküb yerində daha müasir, hündürmərtəbəli yataqxanalar tikilsə, həm tələbələrin çətinliyi aradan qalxar, həm də kirayə mənzil bazarında problem həll olunar”.
Həcər ƏMİRASLANLI
Telegram kanalımız