Tələbələrin yol və kirayə pulunu dövlət verəcək? - Nazirlikdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Tələbələrin yol və kirayə pulunu dövlət verəcək? - Nazirlikdən açıqlama

Sosial

30 Dekabr 2023 16:35 1367


Azərbaycan universitetlərində təhsil alan tələbələrin yataqxana, nəqliyyat və digər xərclərinin bir hissəsi dövlət tərəfindən təmin edilə bilər. 

Bu barədə Yenisabah.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlik bildirib ki, Təhsil Tələbə Krediti Fonduna ictimai sorğu zamanı tələbələrə yataqxana, nəqliyyat , qidalanma, dərs vəsaiti və digər bu kimi xərclər üçün kreditlərin ayrılmasına dair təkliflər ünvanlanır.  pizza hut

"Onu da bildiririk ki, bir çox dünya ölkələrində tələbələrin qeyd olunan xərclərinin qarşılanmasına dair təcrübə nəzərə alınmaqla təhlillər həyata keçirilir və bu məsələ ilə bağlı müvafiq təkliflərin hazırlanması planlaşdırılır", - açıqlamada deyilir. 

Qeyd edək ki, müvafiq qərar Nazirlər Kabineti tərəfindən verilməlidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!