“Tələbənin gün boyu dərsdə oturmağı vacib deyil” - Ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Tələbənin gün boyu dərsdə oturmağı vacib deyil” - Ekspert

Sosial

17 Oktyabr 2023 16:09 449


Son zamanlar sosial şəbəkələrdə bəzi ali təhsil müəssisələrində tələbələrin geyimləri ilə bağlı məhdudiyyətlərin tətbiq olunması ilə qarşılaşırıq. Tələbələrə universitet rəhbərliyi tərəfindən geyimləri ilə bağlı dəyişiklik etmələri tapşırılır. 

Bəs universitetlərdə geyim qadağası olmalıdırmı? Bu nə dərəcə də düzgündür? 

Yenisabah.az xəbər verir ki, mövzu ilə əlaqədar təhsil eksperti Məzahir Məmmədli AzEdu.az-a açıqlamasında  bildirib ki, ali təhsil müəssisələrini beynəlxalq standartlara uyğun  qurmaq istəyiriksə, o halda  nə tələbələrin geyiminə nə davranışına, nə də dərsə davamiyyətinə məhdudiyyətlər qoya bilmərik:  pizza hut

“Tələbələr böyüdüyü mühitə uyğun geyim və davranış qaydalarını özləri formalaşdırır. Buna görə də özləri Azərbaycan mentatliletinə uyğun geyimlərini və davranış qaydalarını tənzimləməldir. Onlara əlavə diqtələr etmək, göstəriş vermək düzgün deyil”. 

Ekspert qeyd edib ki, universitetlər hələ də 1980 - 1990-cı illərin ənənəvi təhsil sistemini tətbiq edir: “Artıq qayıb məsələsində də tələbələrə sərbəstlik verilməlidir. Əgər tələbə imtahana hazırlıqlı gəlirsə, onun mütləq gün boyu dərsdə oturmağı vacib sayılmamalıdır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!