''Telegram”ın sahibi üçün kritik anlar – Rusiya hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

''Telegram”ın sahibi üçün kritik anlar – Rusiya hərəkətə keçdi

Rəqəmsal

29 İyul 2026 23:56 55


''Telegram'' messencerinin yaradıcısı və rəhbəri Pavel Durov haqqında beynəlxalq axtarış qərarı çıxarılıb.

“Yeni Sabah” xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Durova qarşı “terror fəaliyyətinə yardım” ittihamı ilə araşdırma başladıldığını açıqlayıb. FSB-nin məlumatına görə, ''Telegram'' rəhbərliyi Rusiyada terror və təxribatların təşkilində istifadə edilən bəzi kanal və botları silməyib.

Bildirilib ki, Ukrayna kəşfiyyat xidmətləri, eləcə də terror və ekstremist qruplar Telegram-dakı müxtəlif kanallar, çat qrupları və botlardan Rusiyada hücumlar, təxribatlar, kütləvi qətllər və kiberdələduzluq fəaliyyətlərinin hazırlanması üçün istifadə edir. Rusiya rəsmiləri ''Telegram'' şirkətinin bu məsələdə kifayət qədər aktiv davranmadığını iddia ediblər. pizza hut

Qeyd edək ki, Rusiyada daha əvvəl Telegram-a qarşı məhdudiyyətlər tətbiq edilib. Şirkət həmçinin böyük məbləğdə cərimələrlə üzləşib. ''Telegram'' isə Rusiyada ən çox istifadə olunan mesajlaşma və sosial media platformalarından biri olaraq qalır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!