Telekanal rəhbərləri Prezident Administrasiyasına çağırıldı - Onların verilişi bağlanır 

saytların hazırlanması

Evə çatdırılma

Telekanal rəhbərləri Prezident Administrasiyasına çağırıldı - Onların verilişi bağlanır 

Sosial

11 Mart 2024 15:56 27288


Bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.

Yenisabah.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki,  ictimai narazılıq və narahatlıq doğuran  “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, Yaxşılığa doğru” kimi verilişlər son illər  teleradio məkanının inkişafı sahəsində əldə  olunmuş uğurlara ciddi kölgə salır. Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və  bayağı verilişlərin  çəkisinin artması narahatlıq doğurmaya bilməz. Həmin verilişlərdə eybəcər  qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdən təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar.

Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, vəziyyət belə davam edə bilməz və qısa zamanda bu biabırçılığa son qoyulmayacağı, verilişlərin fəaliyyətində dönüş yaradılmayacağı təqdirdə, qanuna uyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılmasınilə bağlı tədbirlər qaçılmaz olacaq.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Məcid
    İnşallah ki tez bir zamanda bu biyabırçı və reytinq xətrinə açılan verlişlər tez bir zamanda bağlanar yerinə maarifləndirici verlişlər açılar
    2 years ago
  • Ülviyyə İsgəndərova
    Həmin verilişlərin ləğv edilməyi məsləhətdir.
    2 years ago
  • Hafiz
    Əlbəttəki İrad düzgündür Qanunları pozurlar. Beləki Konstitusiyada ailə işlərinin hətta məhkəmələrdə qapalı keçirilməsinə baxmayaraq bunlar ailə sirrini bütün dünyaya yayırlar. Bu çox ciddi qanun pozuntusudur. Mübahisələr ancaq Azərbaycan məhkəmələrində öz həllini tapa bilər Teviziyanin isə öz işləri var. Xəbərlər, konsertlər, , ordumuzun , dövlətimizin uğurlarının, nailiyyətlərinin təbliğatı və s. Mən dəstəkləyirəm Prezident administrasiyasını. Gecikmiş olsada çox düzgün addımdır . Afərin
    2 years ago
  • Yashar
    Baglanmalìdir bu verilishler.
    2 years ago
  • Ramil
    Axır ki, milli dəyərlərimizin qəssabı olanların biabırçı hərəkətlərinə reaksiya verən tapıldı.Cəza,ilk növbədə bu biabırçılığa rəvac verən televiziya rəhbərlərinə düşür.Verilişlərn bağlanması azdır,bu verilişlərin aparıcılarını efirdən uzaqlaşdırmaq lazımdır.Çünki,bu tipli verilişləri əvvəllər də başqa adla həmin aparıcılar sərgiləyirdilər.
    2 years ago
  • Elşad
    Bu verlişləri bağlamaq lazımdır
    2 years ago
  • Əfsanə
    "Həmin Zaur" verlişi normaldır. Əyləncəlidir. Digərləri bağlansa çox gözəl olar. İnsanlarına psixologiyasına mənfi təsir edirlər. Birmənalı olaraq bağlanmasını səbirsizliklə gözləyirəm. İnşallah bağlanar.
    2 years ago
  • Kamil
    Çoxdan lazım idi, axı niyə özümüzü biabır edirik,.. o aparıcılar öz ana və ata, yaxud bacı və qardaşlarını həmin AXMAQ VERİLİŞ ə çıxardardılar???...
    2 years ago