Telekanaldan Xoşqədəmə şərt: “Məişət mövzuları olmasın!”

saytların hazırlanması

Evə çatdırılma

Telekanaldan Xoşqədəmə şərt: “Məişət mövzuları olmasın!”

Sosial

09 Sentyabr 2021 10:13 13488


“Xəzər” TV-dən ayrılandan sonra içsiz qalan Xoşqdəm Hidayətqızı yeni televiziya kanalı ilə anlaşmaq ərəfəsindədir. Tanınmış aparıcının oktyabrın ayının əvvəllərindən etibarən ARB telekanalında fəaliyyətə başlaması gözlənilir.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, “Səni axtarıram” komandasının ARB-yə transferi isti qarşılanmasa da, bu keçidin müəyyən şərtlər daxilində baş tutması mümkündür. 

Belə ki, sözügedən telekanal Hidayətqızına şərt qoyub. ARB-nin adının çəkilməsini istəməyən məsul şəxslərindən birinin dediyinə görə, Xoşqədəm Hidayətqızı “Səni axtarıram”ı əvvəlki  formatda hazırlayacağı təqdirdə ARB-nin efirində görünə bilər.  Dominos pizza

Mənbə deyib ki, Xoşqədəm Hidayətqızının ARB-yə keçidi müəyyən çətinliklərlə müşayiət olunub. Belə ki, bu telekanalın əsas simalarından olan Elgiz Əkbər bu keçidə qarşı çıxıb. Hətta o, Xoşqədəmlə eyni efiri bölüşməkdən imtina edib. Yalnız bundan sonra Hidayətqızının həftədə bir dəfə, sırf axtarış məqsədilə efirə çıxması razılaşdırılıb. Aparıcıya öz verilişində sosial problemlərə, xüsusilə ailədaxili münaqişələr, məişət mövzularına qarışmaq qadağan edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rivanna
    Ay Xowqedem Xanim qalmiwdinda Xezerde ne mecburdu heftede bir defe.ARB kanali baxilmayan kanaldi minneti olsun Kanalin ki,Reytinqli verliwi olacaq
    5 years ago