“Televiziyalar “semiçka” satanları yuxarı başa keçirir” - Yusifdən sərt sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Televiziyalar “semiçka” satanları yuxarı başa keçirir” - Yusifdən sərt sözlər

Sosial

09 Oktyabr 2023 14:34 18811


Azərbaycan televiziyasının hazırkı vəziyyəti çox tənqid olunur, tez-tez telekanal rəhbərlərinə irad tutulur. Lakin bütün tənqidi fikirlərə baxmayaraq, televiziya kanalları öz yollarından dönmək, efir siyasətini dəyişmək niyyətində deyil. 

Tez-tez hansısa verilişdən efirə yaraşmayan hissələr paylaşılır, sosial şəbəkədə aparıcılar, kanal rəhbərliyi tənqid olunur. 

Bəzənsə bunun səbəbinin qeyri-peşəkar aparıcılar olduğu iddia edilir. Dominos pizza

Məsələ ilə bağlı Yenisabah.az-a uzun müddətdir televiziyalardan uzaq düşən aparıcı Yusif Ağayev danışıb. 

Yerli teleməkandakı vəziyyətdən danışan aparıcı sponsoru olmadığı üçün efirlərdən uzaq düşdüyünü açıqlayıb:

“Mən 25 ildir ki, 106 FM radiosunda çalışıram. Kimsə radio dinləmirsə, bu mənim günahım deyil. O ki qaldı televiziyadan uzaq düşməyimə, bu sponsorla bağlıdır. Sponsorum yoxdur, efirdə yoxam, burada qeyri-adi heç nə yoxdur. Sponsor tapanda efirə çıxacağam”. 

Y.Ağayev peşəkarların telekanallara buraxılmadığını iddia edib:

“Mən hər zaman bu fikri demişəm, bu gün də deyirəm və altından qırmızı xətt çəkirəm: Bu gün televiziyalar peşəkar aparıcıların üzünə açıq deyil. Televiziyalar  peşəkar aparıcıların üzünə yalnız sponsor tapanda açıqdır. Fərq etməz, semiçka satan da olsan, əgər sponsorun varsa, telekanala gələ bilərsən. Bu zaman qapıları üzünə açacaq, ayağının altına qırmızı xalça sərəcəklər və buyur, gəl keç yuxarı başa deyəcəklər. Bunu mən -  Azərbaycanda ilk və yeganə “Tərəqqi” medalının sahibi olan bir aparıcı kimi deyirəm. Sözlərimin arxasındayam, dediklərimin altını cəzaraq və 3 nida işarəsi ilə deyirəm. Televiziyalar yalnız sponsoru olanların üzünə açıqdır. Peşəkar aparıcıların üzünə qapılar bağlıdır!!!”

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Agalar Agayev
    Mən Yusifin çox savadlı və yaxşı jurnalist kimi tanımışım. Çünki Yusif tərif olmasın radioda öz sözünü dümiş aparıcı olub. Hal hazırda belə jurnalist və aparıcı demək olar ki yoxdur. Yisifin yenədə həm tv də həmdə radioda eşidmək bir nastalji ola bilər.
    3 years ago